Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlunun fotosu gündəm olub.
Mis.az xəbər verir ki, sabiq baş nazirin sosial mediada paylaşdığı foto birmənalı qarşılanmayıb.
Belə ki, bəzi istifadəçilər Davudoğlunu ABŞ-nin prezidenti Donald Trampa bənzədiblər.
Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özel ilə çəkdirdiyi fotonu paylaşan Davudoğlu isə saçlarını sarıya boyatdığı iddialarına zarafatla cavab verib:
“Dəyişmədim, dostlar. Eyni Əhməd Davudoğluyam. İşıq oyunlarına aldanmayın, amma bəyəndinizsə, o ayrı məsələdir”, - deyə o qeyd edib.