Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
ABŞ ordusu Suriyanın şimal-şərqində terror təşkilatı PKK/YPG-nin işğal etdiyi ərazilərdə yerləşən 3 məntəqədən geri çəkilib.
Mis.az xəbər verir ki, əsgərlər Həseke vilayətinin Hadra və Fırat kəndlərində və Deyr əz-Zor ətrafındakı üç kiçik hərbi məntəqəni boşaldıb və əsas bazalarına çəkiliblər. Həsekedə olan əsgərlər və onların texnikası eyni vilayətin Rmeylan rayonundakı bazaya, Deyr əz-Zordakı əsgərlər isə əsas bazalarına geri çəkilib.
Qeyd edək ki, bundan əvvəl ABŞ əsgərlərinin Suriyadan çəkiləcəyi barədə xəbərlər dərc edilmişdi. ABŞ qüvvələrinin Fəratın şərqindəki Həseke, Rəqqa və Deyr əz-Zor əyalətlərində və Hələb vilayətinin Aynularab rayonunda hrəbi baza və hərbi məntəqələri var.