Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
İndiyədək Naxçıvan MR-də “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 2,6 milyon manatdan çox ƏDV məbləği geri qaytarılıb.
Dövlət Vergi Xidmətindən Mis.az-a verilən məlumata görə, bu ilin yanvar-mart aylarında istehlakçılara qaytarılan məbləğ ötən ilin eyni dövrünə nisbətən 15,6 faiz artaraq 369 min manat olub.
Əlavə olaraq, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir. Belə ki, bu ilin yanvar-mart aylarında belə NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 101,5 milyon manat təşkil edib ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 11,1 faiz çoxdur.