Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
"Fənərbaxça" ilə adı hallanan “Atletiko Madrid”in futbolçusu Antuan Qrizmann karyerası ilə bağlı qərar verib.
Mis.az xəbər verir ki, o yeni müqavilə imzalamaq üçün “Atletiko Madrid”lə razılıq əldə edib. Bildirilir ki, bundan əvvəl futbolçu ABŞ-nin "Los-Anceles" klubu ilə danışıqlar aparsa da, tərəflər razılığa gələ bilməyib. Ardınca Qrizmann “Atletiko Madrid”də qalmağa qərar verib. Bildirilir ki, o yeni müqaviləsində daha az məvacib alacaq. Xəbərdə deyilir ki, məşqçi Dieqo Simeone futbolçunun kluda qalması üçün rəhbərlikdən onun şərtlərini yerinə yetirməsini xahiş edib.
Qeyd edək ki, Antuan Qrizmann “Atletiko Madrid”də 435 oyunda 197 qol və 91 məhsuldar ötürmə ilə fərqlənib.