Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Xəbər verdiyimiz kimi, ötən gündən başlayan güclü yağış Şabran rayonunda fəsadlar törədib.
Mis.az bildirir ki, bu barədə görüntülər sosial mediada yayılıb.
Rayonun 20 Yanvar küçəsində güclü sel fərdi yaşayış evini dağıdıb.
Sözügedən görüntüləri təqdim edirik:
Qeyd edək ki, yağış nəticəsində rayonunun içərisindən keçən Dəvəçi çayı daşıb. Güclü sel səbəbindən rayon mərkəzində çayın üzərindəki körpülərdə hərəkət məhdudlaşdırılıb. Ətraf ərazidə yaşayan 15 ailə təhlükəsiz yerə təxliyə edilib.