Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Sabunçu rayonu, Zabrat yolunda avtomobillər suyun içində qalıb.
Mis.az Baku tv-yə istinadən xəbər verir ki, yola yığılan su nəqliyyat vasitələrinin sıradan çıxmasına səbəb olub. Həmçinin maşınların qeydiyyat nömrə nişanları da düşərək itib.
"Altı ilə yaxındır ki, Sabunçuda yaşayıram. Yağış yağanda vəziyyət həmişə belə olur. Maşınımın nömrəsi itib, bir saatdan çoxdur ki, nömrə axtarıram, hələ də tapa bilmirəm", - zərərçəkən sürücü deyib.
Məsələ ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən bildirilib ki, problem aradan qaldırılmaqdadır, hazırda ərazinin sulardan təmizlənməsi işləri görülür.