Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
“Real Madrid”in futbolçusu Arda Güler barədə yeni iddia ortaya atılıb.
Mis.az xəbər verir ki, məşqçi Karlo Ançelotti Ardanın başqa klubla razılıq əldə etdiyini hesab edir. “Don Balon”da dərc edilən xəbərə görə, Ançelotti Ardanın başqa klubla anlaşdığına görə uğursuz oyun nümayiş etdirdiyini irəli sürüb. Xəbərdə deyilir ki, Ançelotti hesab edir ki, Arda mövsümün sonunda “Real”dan ayrılacaq.
Qeyd edək ki, bundan əvvəl “Liverpul”, “Mançester Yunayted”, “Aston Villa”, “Bavariya”, “Real Sosyedad”, “Ayntrakt Frankfurt”, “Leyspiq”, “Milan” və “İnter” kimi klubların Arda ilə maraqlandığı, lakin “Arsenal”ın təklifinin daha üstün olduğu barədə xəbərlər dərc edilmişdi.