Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Bu gün Tbilisidə Azərbaycan, Gürcüstan və Ermənistan XİN başçılarının müavinləri görüşüb. Maraqlıdır, bugünkü danışıqlar sülh müqaviləsi istiqamətində necə rol oynayır?
Politoloq Abutalıb Səmədov bu barədə Mis.az-a açıqlama verib. O bildirib ki, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində müəyyən irəliləyişlər olsa da, bu görüş ciddi addım hesab olunmur:
“Çünki sülh sazişinin qarşısında duran əsas maneə məlumdur - 17 bənd razılaşdırılıb. Konstitusiyanın preambulasında müəyyən dəyişikliklər olunmalıdır və Minsk qrupunun ləğv olunması ilə bağlı ATƏT-ə birgə müraciət edilməlidir. Bu məsələlərin müavinlər səviyyəsində müzakirə olunacağını ehtimal etmirəm. Ancaq əgər belə bir müzakirə olsa və bu məsələlərdə müəyyən irəliləyiş əldə olunsa, təbii ki, sülh sazişinin imzalanmasını tezləşdirmək olar. Ancaq Ermənistanın tutduğu mövqe göstərir ki, hələlik bu tələbləri qəbul etmək fikirləri yoxdur. Əsasən də Konstitusiyada dəyişiklik etmək istəmirlər və bu səbəbdən sülh sazişinin imzalanması hələ xeyli uzana bilər”.
Sevinc İbrahimzadə / Mis.az