Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Bu gün səhər saatlarından etibarən Abşeron rayonunun Masazır qəsəbəsində işıq və su təchizatında problemlər yaşanır.
Sakinlərin Mis.az-a verdiyi məlumata görə, təxminən saat 05:00-dan etibarən əraziyə elektrik enerjisi və suyun verilişi dayandırılıb.
Hazırkı vaxtadək nə işıq, nə də su bərpa olunmayıb.
Qeyd edək ki, təkcə Masazırda deyil, həmçinin Xocəsən qəsəbəsi və Sumqayıt şəhərinin əksər hissələrində də elektrik enerjisi yoxdur. Bundan əlavə, Lökbatan qəsəbəsinin bəzi yerlərində su təchizatında fasilələr qeydə alınıb.
Sevinc İbrahimzadə / Mis.az