Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Yasamal rayonu, Qanlı Göl ətrafında zədələnmiş qaz xəttinin təmir olunması məqsədi ilə 10.04.2025-ci il saat 10:25-dən etibarən qaz təchizatı dayandırılıb.
Mis.az xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb.
Bildirilib ki, hazırda təmir-bərpa işləri aparılır.
Qeyd olunub ki, Yeni Yasamal yaşayış massivinin, 2-ci Alatava qəsəbəsinin bir hissəsinin, Mida yaşayış kompleksinin qaz təchizatında müvəqqəti fasilə yaranıb.