Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin növbəti görüşləri keçirilib.
Mis.az xəbər verir ki, "Barselona" - "Borussiya Dortmund" oyununda 4 qol qeydə alınıb. Meydan sahibləri rəqibi 4-0 hesabı ilə məğlub ediblər. İlk hissədə 1, ikinci hissədə isə 3 qol qeydə alınıb. Rafinya və Yamal hərəyə bir dəfə fərqlənib, Levandovski isə dubla imza atıb.
Psj - "Aston Villa" oyununda da 4 qol qeydə alınıb. Rocersin qolu ilə 1-0 hesabı ilə irəli keçən qonaqlar, 3 qol buraxıblar. PSJ-dən Doue, Kvaratsxeliya və Mendes fərqlənib.