Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Xəbər verdiyimiz kimi, aprelin 10-da Bakıda “BYD” markalı avtomobil Ələsgər Qayıbov küçəsindən sürətlə hərəkət edərək Heydər Əliyev prospektinin kənar yolunu kəsdiyi beton maneəni dağıdaraq prospektin əsas hissəsinə düşüb.
Mis.az xəbər verir ki, qəza zamanı avtomobildə olan sərnişin Sevda Həşimova “Günə son” verilişinə açıqlama verib. O bildirib ki, taksi fəaliyyəti ilə məşğul olan Anar Nəcəfov qeyri-adekvat hərəkətlər edib. Sevda Həşimova qeyd edib ki, proqram vasitəsilə taksi sifariş edib. A. Nəcəfov isə onu götürərək nəqliyyat vasitəsini yüksək sürətlə idarə etməyə başlayıb:
“Avtomobilə yeni minmişdim ki, sürücü qəribə səslər çıxarmağa başladı və ayağını da qaza basdı. Hələ çox getməmişdik, körpüyə çatanda bir də gördüm ki, uçuram”.
Ətraflı videoda: