Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
"Bayer Leverkuzen"in baş məşqçisi Xabi Alonso "Real Madrid"in təklifini qəbul edə bilər.
Mis.az xəbər verir ki, Alonsonun “Real”ın təklifini qəbul etməsi üçün şərti var. "Defensa Central"da dərc edilən xəbərə görə, Alonso mövsümün sonuna qədər “Real”ın onunla müqavilənin bütün şərtlərini razılaşdırmasını tələb edib.
Qeyd edək ki, Xabi Alonsonun "Bayer Leverkuzen"lə müqaviləsi 2026-cı ildə yekunlaşır. UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin ilk oyununda “Real Madrid”in səfərdə “Arsenal”a 0-3 hesabı ilə məğlubiyyətindən sonra klubun Karlo Ançelottini istefaya göndərmək istədiyi barədə xəbərlər dərc edilib. Ançelottinin “Real”la müqaviləsi 2026-cı ildə yekunlaşır və onun klubda qalmaq istədiyi barədə iddialar irəli sürülüb.