Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
ABŞ Konqresinin Nümayəndələr Palatasındakı demokratlar Prezident Donald Trampın baş müşaviri İlon Maskın administrasiyadan getməsi üçün təzyiq edir.
Mis.az xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının 77 Demokrat üzvü “anti-Mask” kampaniyasına başlayıb. Açıqlamada, “Biz sizin administrasiyanızdan tələb edirik ki, Mask istefa verəcəyi barədə açıqlama versin və qanunun tələb etdiyi kimi bütün qərar qəbuletmə səlahiyyətlərini təhvil verəcəyini ifadə etsin", - deyə bildirilir. Demokratlar ABŞ Prezidenti Donald Trampa bu barədə məktub yazıblar.
Məktubda deyilir ki, Mask şirkətlərindən geri çəkilməsə onun “xüsusi dövlət işçisi” kimi geri dönməsinə icazə verilməyəcək.