Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Oğuzda minik avtomobili aşıb.
Mis.az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Böyük Söyüdlü kəndinə gedən avtomobil yolunda baş verib. İlkin məlumata görə, Oğuz rayon sakininin idarə etdiyi “Mercedes” markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəzada xəsarət alanlar olub. Onlar Oğuz Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar.
Faktla bağlı araşdırma aparılır.