Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
ABŞ Panama kanalını Çinin təsirindən geri almaq üçün digər müttəfiqləri və tərəfdaşları ilə birgə işləyəcək.
Mis.az xəbər verir ki, ABŞ müdafiə naziri Pete Heqseth belə açıqlama verib. Panama səfəri zamanı Heqset Panama şəhərində prezident Xose Raul Mulino ilə birgə mətbuat konfransı keçirib. Heqseth buradakı çıxışında Çinin Panama kanalına təsirindən danışıb.
O, “Çin bu kanalı inşa etməyib. Çin bu kanalı işlətmir və Çin bu kanalı silahlandırmayacaq. Milli təhlükəsizliyimizi daha da gücləndirmək üçün mənim administrasiyam Panama kanalını geri alacaq ", - deyə bildirib.