Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
"Real Madrid"in transfer siyahısında adı hallanan "Arsenal"ın futbolçusu Bukayo Saka transfer iddiaları barədə danışıb.
Mis.az xəbər verir ki, o “Arsenal”da xoşbəxt olduğunu ifadə edib. Futbolçu, “Azarkeşlər məni sevirlər. Bizim yaxşı münasibətimiz var və burada olmaqdan və yalnız qələbəyə diqqət yetirməkdən çox şadam” - deyə bildirib.
Qeyd edək ki, Bukayo Sakanın “Arsenal”la müqaviləsi 2027-ci ildə yekunlaşır. “Arsenal”ın futbolçunu klubda saxlamaq istədiyi deyilir. “Real”ın futbolçunu transfer etməkdə maraqlı olduğu iddia edilir.