Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Hücum xəttinə transfer etmək istəyən "Barselona"nın istədiyi futbolçu ilə bağlı yeni iddia irəli sürülüb.
Mis.az xəbər verir ki, "Barselona" türk futbolçu Kenan Yıldızı istəyir. "El Nacional"ın məlumatına görə, "Barselona" Kenan Yıldız üçün "Yuventus"a 50 milyon avro təklif edib. Bildirilir ki, “Yuventus” bu məbləği aşağı hesab edib.
Qeyd edək ki, Kenan Yıldız bu mövsüm "Yuventus"un heyətində 42 oyunda 7 qol və 4 məhsuldar ötürmə ilə yadda qalıb. “Barselona”nın Robert Levandovskinin yerinə ulduz futbolçu transfer etmək istədiyi barədə xəbərlər dərc edilmişdi. İddialara görə, bəzi futbolçular Levandovskinin ləng olduğunu hesab edirlər və fiziki baxımdan daha güclü futbolçunun transfer edilməsini tələb edirlər.