Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Mingəçevirdə bir nəfərin ölümü ilə nəticələnən partlayış baş verib.
Mis.az xəbər verir ki, şəhərin Heydər Əliyev prospekti 43 ünvanında yerləşən binadakı mənzildə partlayış olub.
Hadisə nəticəsində 1941-ci il təvəllüdlü Osmanova Rahilə evdə qaz sızmasından baş vermiş partlayışda yanaraq ölüb.
Faktla bağlı araşdırma aparılır.