Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Taksi sürücüsü öz maşınında cərimə tətbiq edir.
Bu barədə Mis.az-ın qaynar xəttinə göndərilən fotoda əks olunub.
Belə ki, taksi sürücüsü avtomobilində siqaret və elektron siqareti qadağanedən elan yapışdırıb. Bunun cəriməsi üçün isə kartına 50 manat göndərməklazım olduğunu qeyd olunub.
Maraqlıdır, sürücünün sərnişinə cərimə ödətmək hüququ var?
Nəqliyyat eksperti Elməddin Muradlı Mis.az-a açıqlamasında bildirib ki,taksi avtomobillərində siqaret çəkmək həm sürücü, həm də sərnişinlər üçün qadağandırvə qanunvericiliklə tənzimlənir. Qaydanı pozanlara cərimə tədbiri nəzərdətutulur:
“Bəzi sürücülər bu qadağanı elan formasında avtomobillərinə yapışdırırlar.Lakin onların sərnişinlər üçün cərimə təyin etmək və ya öz qaydalarını tətbiqetmək səlahiyyətləri yoxdur. Siqaretdən istifadə bütün ictimai nəqliyyatvasitələrində – metro, avtobus, təyyarə və digər nəqliyyat növlərində qətişəkildə qadağandır”.
Sevinc İbrahimzadə / Mis.az