Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
“Real Madrid”dən ayrılacağı deyilən Arda Gülerlə bağlı yeni iddia ortaya atılıb.
Mis.az xəbər verir ki, Ardanın “Real”da qalmaq istədiyini iddia edilib. Bildirilir ki, Arda ailəsi vasitəsilə fikrini “Real Madrid” rəhbərliyinə çatdırıb. Futbolçu formanı almaq üçün çalışmaq istəyir.
Qeyd edək ki, bundan əvvəl Karlo Ançelottinin “Real”da qalacağı təqdirdə, Arda Gülerin başqa kluba transfer olmaq istədiyi barədə xəbərlər dərc edilmişdi. Ardanın İtaliyada oynamaq istədiyi irəli sürülmüşdü. İtaliya mətbuatında dərc edilən xəbərə görə, türk futbolçu Hakan Çalhanoğlunun da çıxış etdiyi “İnter” Arda Gülerin transferində bütün komandaları qabaqlayır.