Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
"25 ölkə "ASAN xidmət" modelini öyrənir və tətbiq edir. Azərbaycanın intellektual brendi kimi bu ölkələrə təqdim edilir".
Mis.az-ın məlumatına görə, bu sözləri Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyev "ASAN müraciət" İnformasiya Sisteminin 2024-cü il ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş tədbirdə deyib.
O bildirib ki, bu sistem dünyada 3-4 ölkədə mövcuddur, ancaq "ASAN müraciət" funksionallığına görə fərqlənir.
"Artıq 100-dən çox ölkə Azərbaycanın "ASAN müraciət" sistemini xüsusi mükafata layiq görüb. 2024-cü ilin yekunlarına görə, sistemdə 25 mindən çox vətəndaş qeydiyyatdan keçib. Növbəti illərdə "ASAN müraciət" sisteminə qoşulanların sayının artması gözlənilir".
Sevinc İbrahimzadə / Mis.az