Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
“Ötən gün keçirilən imtahanda riyaziyyat sualları əvvəlki imtahandan bir qədər çətin olub. Lakin ümumilikdə suallar abituriyentlər üçün cavablandırılması əlçatan olub”.
Bunu Mis.az-a açıqlamasında təhsil eksperti Elçin Əfəndi deyib.
O bildirib ki, 2 və 9 mart tarixlərində keçirilmiş buraxılış imtahanları cavablandırılma baxımından abituriyentlər üçün olduqca münasib hesab etmək olar:
“İmtahanda qəliz və ya qalmaqallı mübahisəyə səbəb olan suallar olmayıb. Sadəcə bəzi imtahan binalarında, xüsusilə də zallarda dinləmə mətninin səsləndirilməsi ilə bağlı texniki problemlərin yaşandığı qeyd edilib. Bununla belə, 2023-cü ildə müşahidə olunan ajiotaj bu dəfə yaranmayıb”.
E.Əfəndinin sözlərinə görə, 2 mart və 9 mart tarixlərində keçirilmiş buraxılış imtahanlarının nəticələrinin ötən illərlə müqayisədə daha yaxşı olacağı gözlənilir. Proqnozlara görə, yüksək nəticə göstərən abituriyentlərin sayı bu il daha çox ola bilər.
Sevinc İbrahimzadə / Mis.az