Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Xalq artisti Mehriban Zəki düşdüyü dəhşətli avtomobil qəzasından danışıb.
Mis.az xəbər verir ki, “Pərvizə görə”də qonaq olan sənətçi qəzadan sonrakı anların çəkilib, sosial şəbəkələrdə paylaşılmasının onda böyük travma yaratdığını deyib:
“Baş verən hansısa qanlı hadisəni, avtomobil qəzasını, utanmadan, çəkinmədən, həya etmədən insanların acısını çəkib paylaşırlar. Psixoloji məqamları bilmirik. Məndə çox böyük travma qalıb. O qədər böyükdür ki, bu barədə danışmaq istəmədim. Təbii ki, belə bir hadisədən sonra çox şey dəyişir. Məqsədli şəkildə bunu dəyişəcəm demədim. Amma istər-istəməz dəyişir. Dəyişən məqamlar səni böyüdür, dərinləşdirir. Hər addımında, hər kəliməndə düşünməyə, götür-qoy etməyə, məsuliyyət daşımağa vadar edir”.
Qeyd edək ki, M.Zəki həmkarı Dilarə Əliyeva və mərhum Oqtay Əliyevlə avtomobil qəzasına düşmüş, O.Əliyev bu hadisədə dünyasını dəyişmişdi