Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Qrenlandiyanın Baş naziri Mute Bourup Egede ABŞ Prezidenti Donald Trampın adanın ölkəsinə qoşulması barədə çağırışına cavab verib.
Mis.az xəbər verir ki, o adanın ABŞ-yə verilməyəcəyini ifadə edib. Qrenlandiyanın qrenlandiyalılara aid olduğunu vurğulayan Egede, "Biz amerikalı və ya danimarkalı olmaq istəmirik, biz Qrenlandiyalıyıq” - deyə bildirib. O bildirib ki, amerikalılar və onların liderləri Qrenlandiyanın ABŞ-yə aid ola bilməyəcəyini qəbul etməlidir.
Qeyd edək ki, Donald Tramp ABŞ Konqresindəki çıxışında Qrenlandiyanın öz müqəddəratını təyinetmə hüququnu dəstəklədiyini bildirib və adanı ABŞ-yə qoşulmağa dəvət edib. Adaya nəzarəti ələ keçirmək arzusunu ifadə edən Tramp bildirib ki, ABŞ-nin milli təhlükəsizlik və hətta beynəlxalq təhlükəsizlik üçün Qrenlandiyaya ehtiyacı var. Trampın sözləri bir sıra dairələrin, xüsusən də Qrenlandiya rəsmilərinin qəzəbinə səbəb olub. Qrenlandiya Danimarka Krallığının tabeliyində yerləşir.