Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
ABŞ-nin Meksika və Kanadaya tətbiq etdiyi gömrük rüsumları qlobal ticarətə zərər verəcək.
Misaz xəbər verir ki, Avropa Birliyi Komissiyasının sözçüsü Olof Gill belə deyib. O bildirib ki, ABŞ-nin davranışları qlobal ticarətdə qeyri-müəyyənliyi artıracaq. Avropa Birliyinin açıq və ədalətli ticarətə xələl gətirən tədbirlərə qarşı qətiyyətlə dayandığını ifadə edən Gillin sözlərinə görə, ABŞ yanaşmasını yenidən nəzərdən keçirməlidir. Sözçü bəyan edib ki, ABŞ-nin qərarlarından geri addım atması Vaşinqton üçün də faydalı olacaq.
Gill, ABŞ-nin tətbiq etdiyi tariflərin Atlantik okeanı boyunca dərin inteqrasiya olunmuş təchizatı, investisiya axınını və iqtisadi sabitliyi təhdid edəcəyinə diqqət çəkib.