Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Türkiyənin paytaxtı Ankaranın Keçiören rayonunda məscidin istilik sistemində qaz sızması nəticəsində zərər çəkən 16 nəfər xəstəxanaya aparılıb.
Mis.az “Haber Global”a istinadən xəbər verir ki, məsciddə təravih namazı qılınarkən ibadət edənlərin bəzilərinin səhhətində problem yaranıb.
Hadisə yerinə təcili yardım, xilasetmə xidməti, polis əməkdaşları cəlb edilib.