Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
"Oskar" mükafatlı amerikalı aktyor Cin Hekman və həyat yoldaşının meyitlərinin tapılmasından doqquz gün əvvəl vəfat etdikləri iddia olunub.
Mis.az xəbər verir ki, bu barədə CNN telekanalı məlumat yayıb.
Onun kardiostimulyator məlumatlarına görə, sonuncu aktivlik fevralın 17-də qeydə alınıb.Bildirilib ki, ölümün dəqiq vaxtını bilmək üçün bir neçə həftə lazımdır.
Səlahiyyətlilər bildiriblər ki, onların cəsədləri üzərində aparılan sınaqlar nəticəsində dəm qazından zəhərlənmə əlamətləri aşkar edilməyib. Aktyorun evindən tibbi sənədlər və iki telefon aşkar edilərək götürülüb.
Qeyd edək ki, Hekman, həyat yoldaşı və iti ilə birlikdə Santa Fe, Nyu-Meksikodakı evində ölü tapılıb.