Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Beynəlxalq Gimnastika Federasiyası (BGF) azərbaycanlı idmançının videosunu paylaşıb.
Mis.az xəbər verir ki, Federasiya Mixail Malkinin Bədii Gimnastika üzrə 52-ci Dünya Çempionatından olan görüntülərini yayıb.
Həmin görüntülərə 19 milyondan çox baxış, 11 mindən çox rəy gəlib.
Qeyd edək ki, Azərbaycan milli komandasının üzvü Mixail Malkin 2023-cü ildə Böyük Britaniyanın Birmingem şəhərində keçirilən batut gimnastikası və tamblinq üzrə dünya çempionatında qızıl medal qazanıb. 28 yaşlı gimnast Bakıda dünyaya gəlib, milliyyətcə rusdur.
Sevinc İbrahimzadə / Mis.az