Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Şimali Koreya strateji qanadlı raketləri sınaqdan keçirdiyini açıqlayıb.
Mis.az xəbər verir ki, Şimali Koreyanın rəsmi mənbələri ölkə lideri Kim Çen Inın da raket sınağını yerində müşahidə etdiyini qeyd edib. Strateji qanadlı raketlərin ölkənin qərbindən buraxıldığı irəli sürülüb. Açıqlamada deyilir ki, sınaq ölkənin təhlükəsizliyini təhdid edən düşmənlərə qarşı nüvə hücumu imkanlarını nümayiş etdirmək məqsədi ilə həyata keçirilib. Bildirilir ki, Kim Çen In hərbçiləri nüvə silahından istifadə etməyə hazır olmağa çağırıb.
Qeyd edək ki, bundan əvvəl Şimali Koreya yeni tip orta mənzilli hipersəs ballistik raketi sınaqdan keçirdiyini açıqlamışdı.