Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Gəncə şəhərində bir-birinə bitişik beş ev yanıb.
Mis.az Report-a istinadən xəbər verir ki, hadisə şəhərin M.Rəhimov küçəsində qeydə alınıb.
Belə ki, A.Mehdiyev, E. Alırzayevə, Ç.Şaxtaxtinki, onun anası R.Şaxtaxtinki və Cəmilə adlı qadına məxsus bir-birinə bitişik evlərdə yanğın baş verib.
Yanğında dörd ev tam yanıb, bir evin isə dam örtüyünə zərər dəyib.
Əraziyə dörd yanğınsöndürən maşın, 20-ə yaxın canılı qüvvə cəlb olunub və yanğın söndürülüb.
Faktla bağlı araşdırma aparılır.