Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Pakistanın Xayber-Paxtunxva əyalətinin Nouşera şəhərində yerləşən məsciddə cümə namazı zamanı partlayış baş verib.
Mis.az xəbər verir ki, partlayış nəticəsində 5 nəfər ölüb, 23 nəfər yaralanıb.
Hadisə yerinə çoxlu sayda polis və həkim briqadası cəlb olunub.
Yerli mənbələrdən əldə edilən məlumata görə, hücum kamikadze tərəfindən həyata keçirilib.
Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.