Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
"Fənərbaxça" klubu "Yuventus"un futbolçusu Duşan Vlahoviçi transfer etmək üçün təklif göndərib.
Mis.az xəbər verir ki, "Fənərbaxça" futbolçunu yeni mövsüm üçün heyətə cəlb etmək istəyib. “Tuttosport”un məlumatına görə, Türkiyə nəhənginin təklifi maddi baxımdan yüksək olub. İddialara görə, “Fənərbaxça” serb hücumçu üçün "Yuventus"da qazandığı kimi 12 milyon avro irəli sürüb. Lakin futbolçu təklifi qəbul etməyib. Xəbərdə deyilir ki, futbolçu Çempionlar Liqasında iştirak edən klubda futbol oynamaq istəyir. Onun İngiltərə Premyer Liqasına getmək istədiyi deyilir.
Qeyd edək ki, Duşan Vlahoviç “Yuventus”la yeni müqavilə barədə razılıq əldə etməyib.