Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyanın xarici işlər naziri Sergey Lavrovu qəbul edib.
Mis.az xəbər verir ki, görüş Prezident Kompleksində mətbuata qapalı keçirilib. Məlumata görə, görüşdə həmçinin xarici işlər naziri Hakan Fidan, prezidentin kommunikasiyalar üzrə direktoru Fahrettin Altun və prezidentin xarici siyasət və təhlükəsizlik üzrə baş müşaviri Akif Çağatay Kılıç da iştirak edib. Lavrov bundan əvvəl xarici işlər naziri Hakan Fidanla görüşmüşdü. Görüşlər zamanı əsas müzakirə mövzusunun Ukrayna böhranı ilə bağlı olduğu deyilir. Lavrovun səfərinin Ər-Riyadda ABŞ və Rusiya arasında keçirilən görüşdən və Zelenskinin Türkiyə səfərindən sonra təşkil edilməsi diqqət çəkir.
Qeyd edək ki, görüşdən sonra Türkiyənin Nazirlər Kabinetinin iclası keçiriləcək. İclasa Prezident Rəcəb Tayyib sədrlik edəcək.