Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Xəbər verdiyimiz kimi, 2024-cü ildə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyatşöbələri tərəfindən 102310 doğulan körpə qeydə alınıb.
Mis.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında qeyd olunub.
Bildirilib ki, bununla 2023-cü illə müqayisədə əhalinin hər 1000 nəfərinə bu göstəriciazalaraq 11,1-dən 10,0-a düşüb.
Qeyd edilib ki, əhalinin hər 1000 nəfərinə doğum səviyyəsi Dağlıq Şirvan(12,6), Lənkəran-Astara (11,9), Qarabağ və Şərqi Zəngəzur(11,8), Quba-Xaçmaz və Mil-Muğan (11,5), Mərkəzi Aran (11,4),Şirvan-Salyan (11,2), Qazax-Tovuz (11,0) iqtisadi rayonlarındaölkə göstəricisindən (10,0) yüksək olub.