Mis.Az - Son Xeberler
Sosial şəbəkədə tanınmış aparıcı Elvin Basqallının ölüm xəbəri yayılıb.
Mis.az xəbər verir ki, bu barədə aparıcı manset.az-a məlumat verib:
"Tik-tok"da ölüm xəbərimi yayıblar. Səhifəm də bağlı olduğu üçün çox adam xəbərə inanıb. Səhərdən dost-tanış zəng edir. Köhnə qonşum zəng edib soruşdu ki, ölmüsən? Dedim, yox. Kövrəlmişdi, ağlamağa başladı. Mən də qoşuldum ona, ağladım. Sonra dedim ki, qardaş ölməmişəm axı, niyə ağlayırıq ki?".
Ana Sehife