Mis.Az - Son Xeberler
"Fənərbaxça"nın ulduz futbolçusuFerdi Kadıoğlu üçün təkliflər davam edir.
Mis.az xəbər verir ki, "BorussiyaDortmund", "Napoli", "Ayaks" "Arsenal" və "İnter"dənsonra PSJ-nin Ferdi Kadıoğlu üçün təklif göndərdiyi irəli sürülür. “Foot01”in məlumatına görə, PSJ-nin transfer siyahısında 10 futbolçuvar. Onlardan biri də FerdiKadıoğludur. Bildirilir ki, Ferdi Kadıoğlunun uğurlu oyunu futbolçunun PSJ-ninəsas hədəfi olmasına səbəb olub.
“Sabah”qəzetinin xəbərinə görə, "Fənərbaxça" müqaviləsində sərbəst qalmamaddəsi olmayan 24 yaşlı sol cinah müdafiəçisini hələki satmaq istəmir. Bildirilir ki, hazırda futbolçu üçün 20milyon avro tələb edən "Fənərbaxça" bu məbləği FerdininAVRO-2024-dəki çıxışından sonra artıra bilər.
Qeyd edək ki, Türkiyə millisiAvropa çempionatına vəsiqə qazandığı üçün Ferdi Kadıoğlu da beynəlxalq turnirdəiştirak edəcək.
Ana Sehife