Mis.Az - Son Xeberler
İsrail ordusu blokadada olan Qəzza zolağında HƏMAS-ın Siyasi Bürosunun sədriİsmayıl Haniyənin evinə hava zərbəsi endirib.
Mis.az xəbər verir ki, bu barədəİsrail ordusu açıqlama verib. Bildirilib ki, İsrailin döyüş təyyarələri HəniyəninQəzza zolağındakı evini bombalayıb. Açıqlamaya görə, sözügedən evdən HƏMAS-ın yüksəksəviyyəli şəxsləri üçün görüş yeri kimi istifadə edilib. Yerli mənbələr HƏMASlideri Haniyənin hücum zamanı Qəzza zolağında olmadığını qeyd edib.
Ana Sehife