Mis.Az - Son Xeberler
Vəkilliyə qəbul üzrə ixtisas imtahanının yazılı test mərhələsindən müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlərin peşə yararlılığının yoxlanılması məqsədilə 19.09.2023-31.10.2023-cü il tarixlərində ixtisas imtahanının şifahi müsahibə mərhələləri keçirilib. Şifahi müsahibə mərhələsində 65 vəkilliyə namizəd iştirak edib.
Mis.az xəbər verir ki, Vəkillərin İxtisas Komissiyasının peşə yararlılığına dair rəyini almış 54 nəfər vəkilliyə namizəd icbari təlimə buraxılmışdır. 29 noyabr 2023-cü il tarixində 09:00-da Ədliyyə Akademiyasında keçirilməyə başlayacaq icbari təlimlə bağlı namizədlərə əlavə məlumat veriləcəkdir.
Şifahi müsahibə mərhələsini müvəffəqiyyətlə keçmiş vəkilliyə namizədlərin
SİYAHISI
Ana Sehife