Mis.Az - Son Xeberler
“Paşinyan iri addımlarla Volodimir Zelenskinin yolunu gedir".
Mis.az xəbər verir ki, bunu TASS Moskvadakı yüksəkrütbəli mənbəyə istinadən məlumat yayıb. Mənbə bildirib ki, Ermənistanın Baş naziri Nikol Paşinyanın oktyabrın 17-də Avropa Parlamentindəki çıxışı təxribat kimi dəyərləndirilir:
"Ermənistanın Baş naziri Nikol Paşinyanın oktyabrın 17-də Avropa Parlamentindəki çıxışını məsuliyyətsiz və təxribat xarakterli çıxış kimi qiymətləndiririk. Bu, xüsusilə çıxışın Rusiya və Rusiya-Ermənistan münasibətlərinə dair hissəsinə aiddir. Paşinyan iri addımlarla Volodimir Zelenskinin yolunu gedir. Ermənistanı da Moldova kimi üçüncü Ukraynaya çevirməyə çalışırlar", - deyə Moskvadakı yüksəkrütbəli mənbə bildirib.
Ana Sehife