Mis.Az - Son Xeberler
Qətərin "Əl Ərəbi" klubu PSJ-nin futbolçusu Marko Verrattinin transferini rəsmən açıqlayıb.
Mis.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. O, yeni klubunda 7 nömrəli forma ilə çıxış edəəck.
Daha əvvəl jurnalist Nikolo Şkira keçidin 50 milyon avroya reallaşdığını yazıb. Futbolçu ilə 3 illik müqavilə imzalanıb.
Xatırladaq ki, Verratti 2012-ci ildən PSJ-də çıxış edirdi O, ötən mövsüm Paris təmsilçisinin heyətində bütün turnirlərdə 38 oyun keçirib və 1 qol ötürməsi verib.
Ana Sehife