Mis.Az - Son Xeberler
DÇ-2024-ün elit mərhələsi çərçivəsində keçiriləcək Azərbaycan – Niderland oyununun başlama saatı dəyişdirilib.
Mis.az xəbər verir ki, bu barədə Azərbaycan Futzal Federasiyasının mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, sentyabrın 20-də baş tutacaq görüşün start fiti canlı yayımla əlaqədar daha erkən vaxtda səsləndiriləcək.
Bakı İdman Sarayında təşkil olunacaq qarşılaşma əvvəldən nəzərdə tutulduğu kimi saat 20:00-da deyil, 18:30-da başlayacaq.
Ana Sehife