Mis.Az - Son Xeberler
Bəzi xəbər saytlarında Azərbaycanda zəlzələ olması ilə bağlı məlumat yayılıb.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin direktoru, professor Qurban Yetirmişli Mis.az-a bildirib ki, bu barədə məlumat doğru deyil:
“Əhalinin nəzərinə çatdırıram ki, respublika ərazisində heç bir hiss olunan zəlzələ baş verməyib. Xahiş edirik, şaiyələrə inanmayın, xəbərləri AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin rəsmi saytından izləyin”.
Gülər Seymurqızı
Ana Sehife