Mis.Az - Son Xeberler
Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə yarışlarında təmsil edən yeniyetmə idmançı Səbinə Əliyeva avqustun 30-da Avstriyanın Linz şəhərində keçiriləcək ISU yeniyetmələr üzrə Qran-Pri yarışında iştirak edəcək.
Mis.az xəbər verir ki, idmançı və məşqçi Vitali Novikov bu gün Heydər Əliyev Beynəlxalq Aeroportundan sözügedən ölkəyə yola düşüblər.
Sentyabrın 2-dək davam edəcək yarışda idmançımız 80-ə yaxın ölkənin fiqurlu konkisürəni arasında yüksək nəticə uğrunda mübarizə aparacaq.
Ana Sehife