Mis.Az - Son Xeberler
Cari ilin iyul ayında əvvəlki aya nisbətən bahalaşan və ucuzlaşan ayrı-ayrı ərzaq məhsullarının adları açıqlanıb.
Mis.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bahalaşma əsasənqoyun ətinin, zeytun yağının, gilasın, əriyin, kələmin, sarımsağın, çuğundurun, yerkökünün,şəkər tozunun qiymətlərində müşahidə olunub.
Ucuzlaşma isə çörəyin, unun, qarabaşaq yarmasının, vaflinin, təzə balığın, yoqurtun, südün,pendirin, yumurtanın, süfrə marqarininin, kərə, günəbaxan və qarğıdalı yağlarının, qarpızın,yemişin, üzümün, bananın, armudun, gavalının, bibərin, badımсanın, xiyarın, pomidorun, göylobyanın, soğanın, kartofun, konfetlərin, çayın, mineral suların, arağın qiymətlərində görülüb.
Bundan başqa, iyul ayında əvvəlki ayla müqayisədə əhaliyə göstərilmiş ödənişli xidmətlərdənbahalaşma əsasən hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma, taksi nəqliyyatı iləşəhərdaxili sərnişindaşıma xidmətlərinin və respublikadan kənara istirahət turlarınınqiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində ciddidəyişikliklər baş verməyib.
Ana Sehife