Mis.Az - Son Xeberler
Azərbaycanda "Dərman vasitələri haqqında" qanuna dəyişiklik edilir. Qanuna təklif edilən dəyişiklik layihəsi Milli Məclisin plenar iclasına tövsiyə olunub. Bəs qanuna edilən dəyişikliklər bu sahədə hazırda olan problem və narazılıqları aradan qaldıracaq?
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudov "Mis.az"a açıqlamasında bildirdi ki, edilən dəyişikliklə dərman sahəsində çatışmazlıqlar aradan qalxacaq:
"Qanun layihəsinin qəbul edilməsi ilə birmənalı olaraq ölkəmizdə dərmanların dövlət qeydiyyatı prosedurunun optimallaşdırılması, ölkə ərazisinə idxal edilən keyfiyyətli dərman vasitələrinin sayının artırılmasına səbəb olacaq. Eləcə də, ölkədə yarana biləcək dərman qıtlığı aradan qalxacaq.
Dərman vasitələrinin istehsalı ilə məşğul olan etibarlı və tanınmış istehsalçıların dərman vasitələrinin dövlət qeydiyyatına alınmasının sadələşdirilməsi ilə innovativ dərman vasitələrinin dövlət qeydiyyatına cəlb edilməsi, bunun yanında ekspertizanın həyata keçirilmə müddətinin, ən əsası daha əvvəlki vaxtlarla müqayisədə azaldılması, tələb edilən sənədlərin azaldılması, sahibkarlıq subyektləri üçün prosesin sadələşdirilməsi baş tutacaq.

Dünyada, xüsusən Avropa ölkələri daxil olmaqla qəbul edilmiş və onların qeydiyyatından keçmiş və dünyada istifadəsi qəbul edilmiş dərmanların ölkəyə çox sadə üsulla gətirilməsinə imkan yaradacaq. Bu da özlüyündə gələcəkdə həm qiymətlərin tənzimlənməsi, həm bazarda sağlam rəqabətin yaranmasına imkan yaradacaq. Xüsusən dünyada farmaseptika sahəsində aparıcı qurumların və təşkilatların ölkəmizdə fəaliyyətini daha da rahat bir şəkildə qurmasına şərait yaradılacaq. Dərman vasitələrinin vətəndaşa əlçatanlığının keyfiyyətli və ən əsası uyğun qiymətə olmasına imkan yaradacaq".
Məlumat üçün bildirək ki, sözügedən yeni dəyişikliklə aşağıdakılar nəzərdə tutulub:
Gülər Seymurqızı / Mis.az
Ana Sehife