Qarabağ Azərbaycandır! | ![]() | ![]() | ![]() | ![]() | ![]() |
Türkiyənin daxili işlər naziri Süleyman Soylu qonaq olduğu yutubverilişində telefonundakı tətbiqlərdən danışıb.
Mis.az xəbər verir ki,yerli avtomobil Togg ilə şəhərdə gəzən Soylu həmin vaxt telefonunda hansıproqramlardan istifadə etdiyindən və nazirliyin müasir imkanlarından danışıb.Bu zaman verilişin aparıcısının fotosunu çəkən nazir bir neçə saniyə ərzində həminşəxslə bağlı bütün məlumatların üzə çıxdığını göstərib. Məlumatların üzəçıxması cəmi 3 saniyə çəkib. Nazirin sözlərinə görə, “WhatsApp”dan da dəyərliolan həmin tətbiq “WHO” tətbiqidir.
"Bu, “WhatsApp”dan daha dəyərli birşeydir. Dünyada belə bir şey yoxdur. Türkiyədə baş verən bütün hadisələri süzgəcdənkeçirir. Türkiyədə bütün insanlarda və qurumlarda baş verənləri çatdırır.Dünyada texnologiyadan ən yaxşı istifadə edən nazirliklərdən biri Daxili İşlərNazirliyidir. Mən bu məsələdə heç vaxt təvazökarlıq göstərməmişəm. Bu dövlətinböyük imkanları var. Hazırda sizə göstərdiyim nazirliyin imkanlarının mindəbirdir” - Soylu deyib.